Türkiyənin Milli Müdafiə Nazirliyi (MSB) türk əsgərlərinin Kosovoya getməsinə başlandığını açıqlayıb.
MSB-nin açıqlamasında deyilir: "Kosovoda baş verən hadisələrdən sonra bölgədə yerləşdirilən 65-ci Mexanikləşdirilmiş Piyada Briqada Komandanlığımızın (Lüleburgaz) komando batalyonu Kosovoya hərəkət etməyə başlayıb".