Infoteka.az
Hərbi

Ukrayna ordusu müəyyən istiqamətlərdə irəliləyib

Ukrayna hərbçiləri Svatov istiqamətində işğalçılara qarşı uğurla əks hücuma keçiblər.

Məlumata görə, ordu 400 metr irəliləməyi bacarıb.

Bu barədə Ukrayna Quru Qoşunlarının komandanı, general-polkovnik Aleksandr Sırski xəbər verib. Komandir cəbhə xəttində ukraynalı müdafiəçilərə baş çəkib və qeyd edib ki, Ukrayna Silahlı Qüvvələri təkcə müdafiə olunmur, həm də əks-hücum edir.

Sırski, həmçinin 80-ci hava hücum briqadasının döyüşçülərinin İvanovski meşəsi ərazinin əhəmiyyətli bir hissəsini taktiki hərəkətlərlə azad etdiyini söyləyib. Yəqin ki, söhbət Baxmut istiqamətindəki meşəlik ərazidən gedir.

Ukrayna hərbçilərinin fikrincə, Baxmut istiqaməti hərbi əməliyyatların episentri olaraq qalır. İşğalçılar şəhərin əhəmiyyətli hissəsini ələ keçirə biliblər, lakin Ukrayna Silahlı Qüvvələri cinahlarda irəliləyir. Bundan əvvəl Aleksandr Sırski bildirib ki, müdafiəçilər Baxmutu əməliyyat kordonuna almağa çalışırlar.

 

Infoteka.az