İyunun 2-də yayıma başlayan super qəhrəman cizgi filmi “Hörümçək adam: Kainatların Toru” ekranlara çıxdığı ilk gündə 51,75 milyon dollar qazanıb.
O, bu göstərici ilə nümayişinin birinci günündə ilin ən çox gəlir gətirən filmi olub.
Animasiya “Qalaktikanın keçikçiləri – 3” (48,1 milyon) və “Super Mario Qardaşları Kinoda” (31,7 milyon) ekran əsərlərini geridə qoyub.
“Hörümçək adam”ın ilk həftəsonunda 80 milyon dollar toplayacağı təxmin olunurdu. Lakin ilk günün nəticələrindən sonra gözləntilər 113 milyon dollara çatıb.
Qeyd edək ki, “Hörümçək adam: Kainatların Toru” cizgi filmi iyunun 1-dən etibarən “CinemaPlus” kinoteatrlar şəbəkəsində nümayiş olunur.