Sosial şəbəkələrdə Azərbaycandan İrana uçuşların ləğv olunması ilə bağlı məlumatlar yayılıb. Bildirilir ki, bu istiqamətdə bütün təyyarə reysləri ötən gündən bəri ləğv olunub.
AZAL-ın Mətbuat xidmətindən reyslərin ləğv olunmadığı bildirilib: “İrana uçuşlar adi qaydada həyata keçirilir”.
Qeyd edək ki, hazırda Azərbaycandan İrana AZAL və “Buta Airways” ilə onlayn bilet almaq mümkün deyil. Saytda açılan pəncərədə bu istiqamətdə biletlərin olmadığı bildirilir.