Rusiya Prezidenti Vladimir Putinin təcili televiziya ilə müraciəti olmayıb.
Bunu Kremlin mətbuat katibi Dmitri Peskov bildirib.
Kremlin sözçüsü Prezident Vladimir Putinin bəzi televiziya şəbəkələrində yayımlanan “müraciətini” feyk adlandırıb. Onun sözlərinə görə, mütəxəssislər artıq haker hücumunu aradan qaldırıblar.