Infoteka.az
Mədəniyyət

Coniyə qarşı dələduzluq

Rusiyada məşhurlaşan azərbaycanlı müğənni Conin (Cahid Hüseynli) başına iş gəlib. 

İnfoteka.az xəbər verir ki, sənətçi teleqram kanalının oğurlandığını bildirib. O qeyd edib ki, onun adından insanlardan pul yığırlar. 

"Mən heç kimdən heç nə istəməmişəm. Heç kimə nəsə göndərməyin. kanalımı sildim. Mənim adımdan yazılanlar saxtadır. Heç kimdən pul istəmərəm və istəməmişəm. Aldanmayın" deyə, Coni paylaşımında yazıb.

Infoteka.az