Infoteka.az
Dünya

Türkiyədə Mərkəzi Banka yeni rəhbər təyin edilməsi ilə bağlı məlumatlar yayılıb

Hafize Gaye Erkan adlı maliyyəçi qadının Türkiyə Mərkəzi Bankına yeni rəhbər təyin ediləcəyi iddia olunur. 

Onun ölkə Prezidenti Rəcəb Tayyib Ərdoğan tərəfindən qəbul edilməsi gözlənilir. Məlumata görə, ABŞ-də yaşayan Hafize Gaye Erkanın iyunun 4-ü Ankaraya gəlib. O, sözügedən vəzifəyə təyin edilərsə, Türkiyə Mərkəzi Bankının tarixində ilk qadın rəhbər olacaq. 

Qeyd edək ki, Boğaziçi universitetindən məzun olan 41 yaşlı Hafize Gaye Erkan daha sonradan təhsilini ABŞ-də davam etdirib. “Princeton” universitetində təhsil alan Erkan Amerikada maliyyə sahəsində işləməyə başlayıb. O, “Princeton”da iki illik doktorantura proqramını bir ildə bitirən ilk tələbə olub və bununla da ölkənin “ən gənc maliyyə professoru” adını qazanıb.

Xatırladaq ki, Türkiyə Mərkəzi Bankına hazırda Şahap Kavcıoğlu sədrlik edir. O bu vəzifəyə 2021-ci ilin martında təyin edilib.

Infoteka.az