Infoteka.az
Sağlamlıq

Onlayn satılan qidalar nə dərəcədə təhlükəsizdir ?

Bu gün internetdə müxtəlif növ qidaların onlayn satışı mövcuddur. Bəs bu qidaların onlayn formada satışı nə dərəcədə təhlükəsizdir ?

İnfoteka.az xəbər verir ki, mövzu ilə bağlı Sonxeber.az-a qida mütəxəssisi Məhsəti Hüseynova açıqlama verib.

O bildirib ki, onlayn satış sağlam və təhlükəsiz hesab olunmur.

"Təbii ki biz bildiyimiz tanınmış və ya bütün istehsal prosesini bildiyimiz müəssələr olduqda hər hansı xoşa gəlməz hal baş verərsə, biz müraciət edə bilərik. Sənaye üsulu hazırlanan qidaların hansı proseslərdən keçdiyini, hansı şəraitdə hazırlandığını təxmin edə bilirik. Amma evdə hazırlanan qidalar və ya onlayn formada satılan şirniyyatlar, mürəbbələr , turşular və bir çox qidalar var. Onlar həm hazırlanma üsuluna görə , həm də tərkibində istifadə olunan qida məhsullarına görə risk daşıyır. Çünki birinci onun satış üçün olduğunu həqiqətən keyfiyyətli məhsuldan istifadə edilib-edilmədiyi sual altındadır. Bir çox hallarda həmin qidalar sanitar-gigiyena qaydalarına əməl olunaraq hazırlanması da qaranlıq məsələdir.Amma bəzi istehsal müəssələri var ki, dəqiq və keyfiyyətli iş görür.

Bir çox hallarda onlayn satışda xoş görünüşlü şəkillər bizi cəlb edir və aldanırıq. Qidanın hazırlandığı müəssədə insanlar belə tibbi müayinələrdən keçməlidir. Həmin insanlarda keçici xəstəliklərin olub-olmamağı yoxlanmalıdır. Şirniyyat məhsulları ilə bağlı isə daha diqqətli olmalıyıq. Onlar uzun müddət saxlanılır, eyni zamanda lazım olan vaxtda istifadə olunmayıbsa, təkrar emal edib köhnə məhsulu yeni məhsul kimi satırlar. Çalışaq ki, mənşəyi məlum olan məhsulları alıb, sağlamlığımızın qeydinə qalaq".

Infoteka.az