Yaxın zamanda Bayıl Kulinariya Tədris Mərkəzinin açılışı olacaq.
Bunu Dövlət Turizm Agentliyinin Qastroturizm sektorunun müdiri Səkinə Əsgərova “Azərbaycanın qastroturizm perspektivləri” mövzusunda keçirilən tədbirdə deyib.
O bildirib ki, mərkəzdə milli və beynəlxalq mətbəxə aid yeməklərin hazırlanması istiqamətində aşpazlar təcrübə keçə biləcəklər.