Meksikanın Guadalajara şəhərinin çıxışında dağ keçidində insan qalıqları tapılıb. Polisdən verilən məlumata əsasən keçən həftə itkin düşmüş 7 gənc polisə zəng edib sonra isə onlardan bir məlumat əldə etmək mümkün olmayıb. 45 çantada neçə nəfərin cəsədinin olduğu hələ məlum deyil. Polis və föqaləladə yardım hadisə yerində bir neçə gün əməliyyat-axtarış tədbirləri keçirəcək.