Rusiya Prezidenti Vladimir Putin Belarus prezidenti Aleksandr Lukaşenko iyunun 9-da görüşəcəklər.
Bu barədə Kremlin sözçüsü Dmitri Peskov bildirib.
Bundan əvvəl Lukaşenko rusiyalı həmkarı ilə yaxın vaxtlarda görüş keçirəcəyini açıqlamışdı.
“Bəli, müəyyən edilib, görüş sabah olacaq, təfərrüatlar barədə sizə məlumat verəcəyik”, deyə Peskov Rusiya və Belarus prezidentlərinin görüşünün tarixinin və yerinin müəyyən edilib-edilmədiyi sualına cavabında bildirib.
O, görüşün Rusiyada baş tutacağını da əlavə edib.