Birbaşa xarici investisiyalar formasında xaricdən cəlb olunmuş sərmayələrin ümumi məbləği 1.5 mlrd. dollar, xaricə yatırılmış birbaşa xarici investisiyaların həcmi isə 289 mln. dollar olub. Ümumilikdə birbaşa xarici investisiyalar üzrə 0.7 mlrd. dollar mənfi saldo yaranıb.
Xatırladaq ki, qiymətləndirmələrə görə qeyri-neft-qaz sektoruna cəlb olunmuş birbaşa xarici investisiyaların ümumi məbləği 54% azalaraq 337.5 mln. dollar təşkil edib.
Qeyd edək ki, ölkə iqtisadiyyatına yatırılmış birbaşa xarici investisiyaların strukturunda neft-qaz sektorunun xüsusi çəkisi 77.5% təşkil etmişdir. 2023-ci ilin I rübü üzrə tədiyə balansında birbaşa xarici investisiyalar maddəsinin neft-qaz sektoru üzrə xalis maliyyə öhdəliklərinin (-935.7 mln. dollar) azalması neft-qaz sektoru üzrə cəlb olunmuş investisiya ilə (1 163.9 mln. dollar) həmin sektor üzrə kapitalın repatriasiyası (2 099.6 mln.dollar, əsasən beynəlxalq neft-qaz konsorsiumların payına düşən xam neft və təbii qaz şəklində olan kapital repatriasiyası) arasındakı fərqdən formalaşır.