Ölkə prezidenti Kolumbiyanın Amazon meşələrində itkin düşən 4 uşağın 1 aydan sonra tapıldığını bildirib. 13, 9, 4 yaşlarında uşaqlar və bir körpə mayın 1-də anaları və pilotla birlikdə təyyarədə olublar. Qəza nəticəsində təyyarədəki bütün yetkin şəxslər həyatını itirib lakin uşaqlar sağ qalıb. Ölkə prezidenti Gustavo Petro həftələrlə vaxt alan axtarışlar nəticəsində uşaqların tapılmasının bütün ölkə üçün böyük sevinc olduğunu bildirib.