Infoteka.az
Dünya

Dünyanın ən köhnə oteli

Yaponiyanın Yamanashi şəhərində dağların dərinliklərində yerləşən otel çox qədim zamanlardan mövcuddur. Beləki, otelin tikilməsi keçmişdəki məşhur aristokrat ailəsi olan Kamatarinin oğlu köçdükdən sonra başlanılıb. Bu isə 705-ci ilə təsadüf edir. 1300 ildən çox keçmişə malik olan bu otel o vaxtın zəngin ailələrinin istirahətinə xidmət edirdi. 2011-ci ildə Guinness-in rekordlar kitabinda dünyanın ən köhnə oteli ünvanını qazanmış otel Nishiyama Onsen Keiunkan olaraq adlandırılır.

Infoteka.az