Avropa Parlamentində Azərbaycan-Ermənistan münasibətləri ilə bağlı müzakirələr keçiriləcək.
Müvafiq müzakirə iyunun 13-də Avropa İttifaqının Xarici siyasət və təhlükəsizlik məsələləri üzrə Ali Nümayəndəsi Cozep Borrelin iştirakı ilə baş tutacaq.
Müzakirənin mövzusu Azərbaycan-Ermənistan münasibətləri, Qarabağ və Laçın yolu ətrafındakı vəziyyətdir.