Rusiya Prezidenti Vladimir Putin oktyabrın 11-də Sankt-Peterburqda Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Prezidenti Şeyx Məhəmməd bin Zayed Al Nəhyanla danışıqlar aparacaq.
Bu barədə İnfoeka.az report-a istinadən xəbər verir.
Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskovun sözlərinə görə, danışıqların təkbətək formatda aparılması planlaşdırılır.
Qeyd edək ki, Putinlə Al Nəhyan arasında telefon danışığı mayda olub. Dialoq zamanı Rusiya və BƏƏ liderləri iki ölkə arasında strateji tərəfdaşlığın yüksək səviyyəsini qeyd ediblər və tərəflər Rusiya-BƏƏ-nin dostluq münasibətlərinin daha da inkişafına sadiq olduqlarını nümayiş etdiriblər.