İraq Prezidenti Əbdüllətif Rəşid İtaliya Respublikasının Prezidenti Sercio Mattarellanın rəsmi dəvəti əsasında İtaliyaya çoxgünlük dövlət səfərinə gedib.
Bu barədə “Shafaq News” məlumat yayıb.
İraq liderini ilk dövlət səfərində birinci xanım Şanaz İbrahim Əhməd, nazirlər və Prezident Administrasiyasının əməkdaşları müşayiət edirlər.