İtaliyanın keçmiş Baş naziri Silvio Berluskoni dünya miqyasında siyasətçi idi, indi beynəlxalq arenada belə insanlar azdır.
Bunu Rusiya Prezidenti Vladimir Putin Silvio Berluskoninin vəfatı ilə bağlı jurnalist Pavel Zarubinə müsahibəsində bildirib.
"O, bizim xalqın dostu idi. O, Rusiya ilə Avropa ölkələri arasında işgüzar və dostluq əlaqələrinin qurulması üçün çox işlər görmüşdü. Berluskoni Rusiya ilə Şimali Atlantika alyansı arasında münasibətlərin inkişafının təşəbbüskarı olub. Məhz onun iştirakı ilə əməkdaşlıqla bağlı müvafiq mexanizmlər yaradılıb. Lakin hər şeydən öncə o, İtaliya siyasətçisi idi. Siyasətçi üçün o, qeyri-adi insan idi. Ona görə ki, o, çox səmimi və açıq insan idi. O, belə miqyasda siyasətçilərin malik olmadığı üstünlüyə malik idi. Onun üstünlüyü ondan ibarət idi ki, o, düşündüyünü deyirdi. Çox təəssüf. Bu, təkcə İtaliya üçün deyil, bütün dünya siyasəti üçün böyük itkidir", deyə Rusiya Prezidenti vurğulayıb.