Infoteka.az
İdman

Ançelotti “Everton”u məhkəməyə verdi

“Real Madrid”in baş məşqçisi Karlo Ançelotti “Everton”u məhkəməyə verib.

İddia ötən cümə günü London Ali Məhkəməsində qeydə alınıb.

Bildirilir ki, şikayət “ümumi kommersiya tənzimləmələri” ilə bağlıdır.

Baş məşqçinin keçmiş klubu ilə bağlı konkret hansı iddialar irəli sürdüyü barədə məlumat verilmir. İtaliyalının vəkilləri məsələni şərh etməyiblər. “Everton” da öz növbəsində mətbuatın sorğusuna cavab verməyib.

Qeyd edək ki, Karlo Ançelotti iki il klubda qaldıqdan sonra 2021-ci ildə “Everton”dan ayrılıb. İşdən çıxarıldıqdan sonra məşqçi “Real Madrid” ilə 2024-cü ilə qədər müqavilə imzalayıb.

Infoteka.az