Infoteka.az
İqtisadiyyat

Azərbaycanda qaz ixracı 10%-dək artıb

Bu ilin yanvar-may aylarında Azərbaycandan qaz ixracı 10,3 mlrd. kubmetr olub, bu da illik müqayisədə 9,6% çoxdur.

Bu barədə energetika naziri Pərviz Şahbazov “Twitter“ hesabında paylaşım edib.

Məlumata görə, Avropaya 4,8 mlrd. kubmetr, Türkiyəyə 4.3 mlrd. kubmetr, Gürcüstana isə 1,2 mlrd. kubmetr qaz ixrac olunub. Bu dövrdə Trans-Anadolu kəməri (TANAP) Türkiyəni 2,4 mlrd. kubmetr qazla təchiz edib.

“Yanvar-may aylarında qaz ixracı 9.6% artıb. Avropaya 4.8 mlrd.m3, Türkiyəyə 4.3 mlrd.m3, Gürcüstana isə 1.2 mlrd.m3 qaz ixrac olunub. Bu dövrdə TANAP Türkiyəni 2.4 mlrd.m3 qazla təchiz edib”, - paylaşımda qeyd olunub.

Infoteka.az