Infoteka.az
Hadisə

Yardımlıda 26 yaşlı gənc meşədə intihar edib

Yardımlı rayonunda 26 yaşlı gənc meşədə intihar edib.

İnfoteka.az xəbər verir ki, report-un əldə etdiyi məlumata görə, hadisə oktyabrın 10-da rayonun Odurakəran kəndi ərazisində qeydə alınıb.

Belə ki, kənd sakini, 1996-cı il təvəllüdlü Zahidov Hakim Qeyrət oğlu həmin kəndin yaxınlığında yerləşən meşəlik ərazidə ip ilə ağacdan özünü asıb.

Faktla bağlı Yardımlı Rayon Prokurorluğunda araşdırmalara başlanılıb.

Infoteka.az