Yaponiya Dəniz Özünümüdafiə Qüvvələri ABŞ və Fransa donanmaları ilə birgə təlimlər keçirib.
Bu barədə özünümüdafiə qüvvələri məlumat yayıb.
Qeyd olunur ki, təlimlər iyunun 7-dən 10-dək Okinava regionunda və Şərqi Çin dənizində keçirilib.
Amerikalılar təlimlər zamanı Ronald Reyqan və Nimitz aviadaşıyıcılarından, həmçinin B-52 bombardmançılarından istifadə ediblər.