Ermənistan və Azərbaycan regional kommunikasiyaların açılması məsələsində razılığa gəliblər, lakin aydınlaşdırılmalı olan texniki məsələlər qalır.
Bu barədə TASS Ermənistan parlamentinin spikeri Alen Simonyana istinadən məlumat yayıb.
"Ümumi məsələlərdə qarşılıqlı anlaşma var, mövcud problemlər texniki xarakterlidir, hansı yükün hansı marşrutdan keçməsi ilə bağlıdır. Biz bütün yolların açılmasının tərəfdarıyıq", - o brifinqdə deyib.