Infoteka.az
Sosial

Əminə Ərdoğan Mehriban Əliyeva ilə birlikdə İçərişəhərdə

Türkiyə və Azərbaycanın birinci xanımları - Əminə Ərdoğan və Mehriban Əliyeva İçərişəhərdə olublar. 

Bu barədə Türkiyənin birinci xanımı özünün “Twitter” hesabında paylaşım edib.

“Azərbaycan Prezidentinin xanımı, dostum Mehriban Əliyeva ilə Bakının tarixi özəyi olan İçərişəhərdə oldum. UNESCO tərəfindən ən qədim yaşayış məskəni kimi qorunan bu müstəsna bölgə bir çox fərqli mədəniyyətin izlərini daşıyır”, - deyə Türkiyə liderinin xanımı yazıb. 

Infoteka.az