Azərbaycandan həcc missiyası xətti ilə zəvvarlar iyun ayının 17-dən başlayaraq Səudiyyə Ərəbistanına səfər edəcəklər.
Bu barədə Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) Mətbuat Xidmətindən məlumat verilib.
Bildirilib ki, 1 440 azərbaycanlı zəvvar səkkiz təyyarə reysi ilə 17-21 iyun tarixlərində ziyarətə yola düşəcək.
Qeyd edilib ki, həcc ziyarətinin başa çatmasından sonra zəvvarlar təyyarə reysləri ilə 5-11 iyul tarixlərində Vətənə qayıdacaqlar.