Infoteka.az
Dünya

CAR Prezidenti sülh planını təqdim etmək üçün Kiyevdədir

Cənubi Afrika Respublikasının Prezidenti Ukraynanın paytaxtı Kiyev şəhərinə gedib.

Bu barədə Ukrayna Prezidentinin Ofisi məlumat yayıb.

Qeyd olunub ki, bu gün Afrika ölkələri liderlərinin Ukrayna Prezidenti Vladimir Zelenski ilə görüşü planlaşdırılır.

Görüşdə Ukrayna münaqişəsinin həlli yolları və Afrika ölkələrinin sülh planı müzakirə ediləcək.

Infoteka.az