Infoteka.az
İdman

Millətlər Liqası: İspaniya İtaliyaya qalib gələrək finala çıxdı

UEFA Millətlər Liqasının “Dördlər finalı”nda ikinci finalçı bəlli olub.

Belə ki, İspaniya millisi İtaliyaya qalib gələrək finala vəsiqəyə sahib çıxıb.

Üçüncü dəqiqədə Y.Pinonun dəqiq zərbəsinə 11-ci dəqiqədə C.İmmobilenin penaltisi ilə cavab verən italyanların bundan artığına gücü çatmayıb. Qarşılaşmanın 88-ci dəqiqəsində isə İspaniyanın heyətində Joselu fərqlənib.

Qarşılaşmada 2:1 hesabı ilə qalib gələn ispanlar finalda Xorvatiyanın rəqibi olub.

Infoteka.az