Ötən gün Zəngilan istiqamətində Azərbaycan Dövlət Sərhəd Xidmətinin cavab tədbirləri nəticəsində Ermənistan silahlı qüvvələrinin təxribata başladığı post darmadağın edilib.
Qeyd edək ki, dünən dövlət sərhədinin Zəngilan istiqamətində ermənilər hərbi təxribata əl atıblar. Əvvəlcə sərhədçilərimizə atıcı silahlardan atəş açılıb, daha sonra isə minaatan artilleriya və digər döyüş sursatlar işə salınıb.