Ukrayna xarici işlər naziri Dmitri Kuleba və NATO Baş katibi Yens Stoltenberq arasında telefon danışığı olub.
"Yens Stoltenberqlə danışdım və Vilnüs sammitinin NATO və Ukrayna üçün uğurlu olması istiqamətində göstərdiyi səylərə görə ona təşəkkür etdim. Mən həmçinin Ukraynanın üzvlüyünə doğru addım atmağın vacibliyini vurğuladım, xüsusən Üzvlük üzrə Fəaliyyət Planının təqdim olunması. NATO qərarlarını yeni reallıqlarla uyğunlaşdırmağın vaxtıdır", - Ukrayna xarici işlər naziri vurğulayıb.