Infoteka.az
Dünya

Sankt-Peterburqda təhlükəsizlik tədbirləri gücləndirildi

Rusiyada Sankt-Peterburq Beynəlxalq İqtisadi Forumunun keçirildiyi “Ekspoforum” ərazisində təhlükəsizlik tədbirləri gücləndirilib.

Ərazidə hüquq-mühafizə orqanlarının əməkdaşlarının sayı artırılıb. Polis əməkdaşları forum iştirakçılarının  nəqliyyat vasitələrinə, sənəd və şəxsi əşyalarına baxış keçirir. Şəxsi əşyaların yoxlanılması üçün xidməti itlərdən də istifadə edilir.

Məlumata görə, Sankt-Peterburq Beynəlxalq İqtisadi Forumu iyunun 14-dən keçirilsə də, əvvəlki günlərdə təhlükəsizlik tədbirləri bu dərəcədə sərt olmayıb.

Qeyd edək ki, bu gün forum çərçivəsində Rusiya Prezidenti Vladimir Putin BƏƏ-li həmkarı Məhəmməd bin Zayed Al Nahyan ilə görüş keçirəcək. Belə ki, BƏƏ Prezidenti forumda əsas qonaq qismində iştirak edir. Tədbir iyunun 17-nə qədər davam edəcək.

Infoteka.az