Böyük Britaniyanın “The Beatles” musiqi qrupu süni intellektin köməyi ilə yeni mahnı hazırlayıb.
Bu haqda musiqi qrupunun üzvü Pol Makkartni “BBC Radio 4”ə danışıb.
Belə ki, onlar 1980-ci ildə vəfat edən qrup üzvü Con Lennonun səsini süni intellekt vasitəsilə alətdən ayıraraq yeni mahnılarında istifadə ediblər.
Adı açıqlanmayan mahnının 1978-ci ildə Lennonun bəstələdiyi “Now and Then” ola biləcəyi deyilir.
Makkartni mahnının bu il işıq üzü görəcəyini qeyd edib.