Misli Premyer Liqasında komanda sayı artırılıb.
Bu barədə qərarı AFFA-nın İcraiyyə Komitəsi verib.
Növbəti mövsüm Azərbaycan Premyer Liqada 12 komanda mübarizə aparacaq. Ötən çempionatı sonuncu yerdə başa vuran “Şamaxı” I diviziona düşməyəcək.
Həmçinin, aşağı dəstənin çempionu “Araz Naxçıvan”la yanaşı, “Zaqatala” da Premyer Liqaya yüksəlib.
Qeyd edək ki, 10 komandanın mübarizə apardığı Premyer Liqanın 2022/23 mövsümündə “Qarabağ” çempion olub.