Infoteka.az
Dünya

Kanadanın əhalisi 40 milyona çatıb

Kanadanın əhalisi ilk dəfə olaraq 40 milyona çatıb.
Bu barədə cümə günü Şimali Amerika ölkəsinin Statistika Bürosunun saytında məlumat verilib.
Hal-hazırda insanların əksəriyyəti Ontario (15,5 milyon ), Kvebek (8,8 milyon) və Britaniya Kolumbiyası (5,4 milyon nəfər) əyalətlərində yaşayır.
Bundan əvvəl Statistika Bürosu məlumat vermişdi ki, Kanada əhalisi keçən ilin sonunda Şimali Amerika ölkəsi tarixində ilk dəfə olaraq 1 milyon nəfərdən çox artıb və 2023-cü il yanvarın 1-nə 39,5 milyon nəfərdən çox olub.

Infoteka.az