Infoteka.az
Dünya

Qasırğa nəticəsində Braziliyada 11 nəfər ölüb, 20 nəfər itkin düşüb

Braziliyanın cənubunda - Rio Qrande-du-Sul ştatında qasırğa nəticəsində ən azı 11 nəfər ölüb, 20 nəfər itkin düşüb.

Ümumilikdə 2330 nəfər evsiz qalıb, 602 nəfər evakuasiya edilib.

Braziliyada intensiv yağış nəticəsində 8 nəfər həyatını itirib.

Bu barədə xarici KİV məlumat yayıb.

Rio Qrande-du-Sul ştatında güclü yağış nəticəsində 19 nəfər isə itkin düşüb.

Tufan səbəbindən bir çox yollar nəqliyyat üçün bağlanıb, əyalətin böyük şəhərlərinə uçuşlar ləğv edilib.

Infoteka.az