Göyərtəsində 120 sərnişin və ekipaj üzvü olan Filippin bərəsi “Esperanza Star” dənizdə yanır.
Bu barədə Filippin Sərhəd Xidməti məlumat yayıb.
Sikixor əyalətindən Boxol əyalətinə sərnişin daşıyan gəmidə xilasetmə əməliyyatı davam edir.
Hələlik yanğın nəticəsində ölənlərin olub-olmadığı açıqlanmayıb.