Infoteka.az
Dünya

Festivalda 40 ton pomidoru bir-birinə atıblar

Kolumbiyada keçirilən “Tomatina” festivalı  zamanı iştirakçılar bir-birinin üstünə tonlarla pomidor atıblar.

Bu il 14-cü dəfə təşkil edilən festival çərçivəsində insanlar bir-birinin üzərinə 40 ton pomidor atıblar.

Bölgədəki fermerlərin hədiyyə etdiyi və yük maşınları ilə festival ərazisinə gətirilən tonlarla pomidor iştirakçıları qırmızı rəngə boyayıb.

Festival iştirakçıları start fiti ilə bir-birlərini pomidor yağışına tutublar.

Infoteka.az