Azərbaycanda əhalinin son siyahıya alınmasının nəticəsi əsasında yenidən hesablanmış əhalinin sayı 2023-cü il may ayının 1-i vəziyyətinə 10 milyon 143 min 521 (Azərbaycan Respublikasının Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdirildiyi ərazisindəki əhali istisna olmaqla) nəfər təşkil edib.
Azərbaycan Dövlət Statistika Komitəsi bildirir ki, əhalinin 54,6 faizi şəhər, 45,4 faizi kənd sakinlərindən, 49,8 faizi kişilər, 50,2 faizi isə qadınlardan ibarətdir.