Çexiya gələn il Yerə yaxın orbitdə fəaliyyət göstərən Beynəlxalq Kosmik Stansiyaya (BKS) astronavt göndərə biləcək.
Çexiya hökuməti SpaceX Crew Dragon pilotlu kosmik gəmisinin ekipajına çex astronavtı göndərmək təklifi alıb. Kosmik missiyanın həyata keçirilməsi üçün lazımi miqdarda vəsait toplanmaq şərti ilə gələn ildə baş tutması nəzərdə tutulur.
Çexiya astronavtının orada iştirakına görə təxminən 46 milyon dollar ödəməlidir.
İndiyədək Çexiyanın yalnız bir nümayəndəsi Vladimir Remek kosmosda olub. Kosmonavt-tədqiqatçı kimi o, 1978-ci il martın 2-dən martın 10-dək Aleksey Qubarevin idarə etdiyi “Soyuz-28” kosmik gəmisində “İnterkosmos” proqramı üzrə uçub