Infoteka.az
Dünya

Gürcüstanda mədənçilərin etiraz aksiyası 14 gündür ki, davam edir

Gürcüstanın Çiatura şəhərində mədənçilərin etiraz aksiyası 14 gündür ki, davam edir.

İş şəraitinə və maaşlarının az olmasına etiraz edən mədənçilərdən 10-u aclıq elan edib, bəzi mədənçilər etiraz olaraq ağızlarını və gözlərini tikiblər.

Etirazçılar paytaxt Tbilisiyə gələrək parlament binası qarşısında aksiyalarını davam etdirəcəklərini bəyan ediblər. Bildirilib ki, 50 mədənçi parlament binasının qarşısında aclığa başlayacaq.

Qeyd edək ki, “Georgian Manganese” şirkəti ilə tətil elan edən mədənçilərin nümayəndələri arasında bir neçə görüş olsa da danışıqlar uğursuz başa çatıb. Şirkətin maaşların 5 faiz artırılması təklifinə etirazçılar təhqir kimi qiymətləndiriblər.

Tərəflər arasında vasitəçilikdə Gürcüstanın insan hüquqları müvəkkilinin və səhiyyə nazirliyinin nümayəndələrinin iştirak etdiyi bildirilir.

Infoteka.az