2023-ci ilin I rübündə istehlak və ipoteka kreditlərinə tələb yüksəlib. Tələbin artımının əsas drayverləri daşınmaz əmlak bazarı ilə bağlı gözləntilər, faiz dərəcələri, habelə, rəqəmsallaşma olub.
Qeyd edək ki, cari ilin ilk rübündə əhalinin borclanmasının banklar tərəfindən qiymətləndirilməsinə əsasən əhalinin borclanma səviyyəsində artım müşahidə edilmişdir. Belə ki, sorğuya əsasən 42% bank əhalinin borclanmasında dəyişiklik olmadığını qeyd etsədə, 54% bank əhalinin borclanma səviyyəsinin orta dərəcədə artdığını, 4% bank isə orta dərəcədə azalma olduğunu bildirib.