Qurban bayramı ilə əlaqədar bütün növ sosial müavinətlər qrafikdən əvvəl ödəniləcək.
Bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Sosial Müdafiə Fondundan bildirilib.
Qeyd edilib ki, iyunun 22-də bütün müavinət, təqaüd, kompensasiya və ünvanlı dövlət sosial yardımlarının ödənilməsi nəzərdə tutulub.