Rusiyanın Qərb dövlətləri ilə qarşıdurması digər ölkələrlə əməkdaşlıq, o cümlədən Qərbin nəzarətindən kənarda olan müxtəlif sahələrdə əməkdaşlıq mexanizmlərinin formalaşması üçün yeni imkanlar açıb.
Bunu Rusiya xarici işlər naziri Sergey Lavrov bildirib.
“Biz xarici maraqlara xidmət edən mexanizm və sxemlərə inteqrasiya etməyəcəyik, xarici siyasət gündəmini müstəqil şəkildə formalaşdırırıq.
Beynəlxalq aləmdəki işimizdə biz BMT Nizamnaməsində yer alan hamılıqla qəbul edilmiş beynəlxalq hüquq normalarına bütünlükdə və bütün qarşılıqlı əlaqədə riayət etməklə, ilk növbədə öz prioritetlərimizə diqqət yetiririk. Biz əməli addımlarımızı çoxqütblü dünya nizamının qurulmasını təşviq etmək vəzifəsi ilə ölçəcəyik”, - Lavrov “Vahid Rusiya” Partiyasının Baş Şurasının beynəlxalq əməkdaşlıq və xaricdəki həmvətənlərə dəstək komissiyasının iclasında çıxışı zamanı deyib.
Onun sözlərinə görə, yeni xarici siyasət konsepsiyasında “dost olmayan dövlətlərlə qarşıdurma tarixi Qərbdən kənarda olan, yaxın xaricdəki tərəfdaşlarla, Asiya, Afrika, Yaxın Şərq, Latın Amerikası ölkələri ilə əməkdaşlıq üçün yeni imkanlar açıb".