Bu gün Britaniyanın baş naziri Rişi Sunak və Ukrayna prezidenti Volodimir Zelenski arasında telefon danışığı olub.
Gələn ay baş verəcək NATO sammiti haqqında danışarkən Baş nazir R.Sunak Prezident Zelenskiyə deyib ki, o, NATO üzvlərinin Vilnüs görüşündə Ukraynaya güclü dəstək siqnalı nümayiş etdirəcəklərinə inanır.
Rişi Sunak Zelenskiyə bildirib ki, Böyük Britaniya Ukraynanın qətiyyətlə arxasındadır və irəliyə atılan kiçik addımlar uğur gətirəcək.
Baş nazir ABŞ-a son səfərini və Prezident Baydenlə görüşü haqqında da danışıb, ABŞ və Böyük Britaniyanın Ukraynaya davamlı dəstəyində həmfikir olduqlarını söyləyib.