“Real Madrid”in baş məşqçisi Karlo Ançelotti 2024-cü ildən Braziliya millisini çalışdıracaq.
Məlumata görə, italiyalı ilə Braziliya Futbol Konfederasiyasının rəhbərliyi arasında müvafiq şifahi razılıq əldə olunub və bu barədə artıq İspaniya klubunun menecerləri məlumatlandırılıblar.
Eyni zamanda, qeyd edildiyi kimi, tərəflər Ançelottinin hazırkı müqaviləsinə istinad edərək bu məlumatı təsdiqləməkdən rəsmən imtina ediblər.
Qeyd edək ki, seçmə komandanın son çalışdırıcısı Tite 9 dekabr 2022-ci ildə istefa verdiyini açıqlayıb. Mütəxəssis Qətərdə keçirilən dünya çempionatının 1/4 finalında xorvatlara məğlubiyyətdən sonra (1:1, 2:4 - penaltilər seriyasında) millinin baş məşqçisi postunu tərk edib. Fevralın 15-dən etibarən baş məşqçi səlahiyyətlərini Ramon Menezes icra edir.
64 yaşlı Ançelotti 2021-ci ilin yayında “Real Madrid”in sükanı arxasına keçib və klubla 2024-cü ilin 30 iyununa qədər müqavilə imzalayıb.