Infoteka.az
Texnologiya

Bakı metrosunda QR-kod vasitəsilə ödəniş etmək mümkün olacaq

“Bakı metropoliteninin iki stansiyasında avtobuslarda nağdsız ödəniş üçün hazırlanan yeni mobil tətbiqin QR kodu vasitəsilə ödənişin tətbiqi nəzərdə tutulur”.

Bunu “K Group” MMC-nin (“BakıKart”ın operatoru) direktoru Orxan Bayramov avtobuslarda nağdsız ödənişlər üçün yeni mobil tətbiqin təqdimatı ilə bağlı keçirilən tədbirdə bildirib.

Onun sözlərinə görə, hazırda bu istiqamətdə iş aparılır:

“Tətbiqin QR kodu ilkin olaraq təzə stansiyalarda mümkün olacaq”.

Infoteka.az