Infoteka.az
İdman

Avropa Oyunları: Azərbaycanın səkkiz idmançısı çıxış edib

Azərbaycanın səkkiz idmançısı Polşada start götürən III Avropa Oyunlarında çıxış edib.

3-ü Divizionda yer alan təmsilçilərimiz ilk gündə millinin hesabına 70 xal qazandırıblar.

Ən yaxşı nəticəyə Anna Skidan imza atıb. O, çəkic atmada (71,69 m) 11 iştirakçı arasında birinci olub.

Aleksis Koppello üç təkanla tullanmada (15,91 m) 14 idmançı arasında ən yaxşı ikinci göstəriciyə nail olub.

Lamiyə Vəliyeva 400 m məsafəni 55,79 saniyəyə, Anna Yusupova isə 5 000 m məsafəni 17:37.97 dəqiqəyə qaçaraq, öz kateqoriyalarında finişə beşinci sırada çatıblar.

Cavid Məmmədov 400 metri 49,58 saniyəyə, İlahə Quliyeva isə 100 m məsafəni 12,39 saniyəyə qət edib və hər ikisi 10-cu yerlə kifayətlənib.

Aleksey Əliəkbərov 100 m məsafəni 11,78 saniyəyə qaçaraq 12-ci olub.

Elman Abışov isə 800 m məsafəni 2:06,12 dəqiqəyə qət edib və 14 idmançı arasında sonuncu yeri tutub.

Infoteka.az