Infoteka.az
İdman

Azərbaycanda işləmiş mütəxəssis Türkiyə klubunun baş məşqçisi təyin olunub

"Qarabağ" klubunda işləmiş türkiyəli mütəxəssis Önder Karavelinin yeni klubu bəlli olub.

İnfoteka.az-ın məlumatına görə, 48 yaşlı mütəxəssis "Adanaspor"un baş məşqçisi təyin edilib.

Karaveli ilə imzalanacaq müqavilənin detalları hələlik açıqlanmayıb.

Qeyd edək ki, Önder Karaveli 2020-ci ilin yanvarından 2021-ci ilin iyununadək "Qarabağ" klubunun akademiyasının koordinatoru Tacettin Doğanın köməkçisi olub. O, 2021-ci ilin sonundan 2022-ci ilin əvvəlinədək "Beşiktaş"da baş məşqçi vəzifəsini yerinə yetirib.

Infoteka.az