Nyu-Yorkda yaşayış binasında yanğın baş verib.
Hadisə nəticəsində 4 nəfər ölüb.
Yanğın Manhettendə altımərtəbəli yaşayış binasının birinci mərtəbəsində yerləşən velosiped təmiri sexində baş verib.
Hadisə nəticəsində 6 nəfər xəstəxanaya yerləşdirilib, onlardan 4-nün öldüyü elan edilib, daha ikisinin vəziyyəti ağırdır.
Yanğının səbəbləri barədə hələlik məlumat verilmir.