Infoteka.az
Dünya

İtən sualtı qayıqda kimlər var? - FOTO

Xəbər verdiyimiz kimi, Atlantik okeanında turistləri “Titanik” gəmisinin qəzaya uğradığı yerə aparan sualtı qayıq itib.

Məlumata görə, qayıqda 5 nəfər olub.

Onlar barədə qısa məlumatı təqdim edirik:

Əvvəllər “Blue Origin” raketi ilə kosmosa uçan britaniyalı milyarder və dəfələrlə cənub qütbündə olmuş 58 yaşlı britaniyalı səyyah Hamiş Harding; 

“OceanGate Expeditions” şirkətinin baş direktoru 61 yaşlı Stockton Ruş;

Britaniyalı iş adamı 48 yaşlı Şahzada Davud. O, Pakistanın ən zəngin ailələrindən birinin üzvü və Kral Çarlzın təsis etdiyi iki xeyriyyə təşkilatının üzvüdür. Onun 19 yaşlı tələbə oğlu Süleyman Davud;

Keçmiş Fransız Dəniz Donanmasının dalğıcı 77 yaşlı Paul-Henry Nargeolet. O, Titanik qəzasında digər tədqiqatçılar ilə çox vaxt keçirib və 1987-ci ildə onu ziyarət edən ilk ekspedisiyanın tərkibində olub.

Xatırladaq ki, təşkil edilən 8 günlük turun qiymətinin adambaşına 250 min dollar olduğu məlum olub.

İtən sualtı qayıqda kimlər var? - FOTO
İtən sualtı qayıqda kimlər var? - FOTO
Infoteka.az