Infoteka.az
Dünya

Volodimir Zelenski Baş Qərargahı toplayıb

Ukrayna Prezidenti Volodimir Zelenskinin iştirakı ilə Silahlı Qüvvələrin Baş Qərargahının iclası keçirilib.

İnfoteka.az xəbər verir ki, bunu dövlət başçısı teleqramda yazıb.

İclas iştirakçıları cəbhə xəttindəki hazırkı durumu müzakirə ediblər. Həmçinin torpaqların işğaldan azad edilməsi ilə bağlı görüləcək tədbirlər barədə fikir mübadiləsi aparılıb.

Toplantı zamanı eləcə də Rusiyaya raket hücumları nəticəsində yaranan dağıntıların aradan qaldırılması və mühüm infrastruktur obyektlərinin mühafizəsi gündəmdə olub.

Infoteka.az